
Sədr
Salmanov Salman Yaşar oğlu
1990: anadan olmuşdur.
Təhsil
1997–2008: Xarici Dillər Təmayüllü Gimnaziyada orta təhsil almışdır.
2008–2012: Azərbaycan Dövlət Neft Akademiyasında “Energetika və enerji təchizatı” ixtisası üzrə bakalavr təhsili almışdır.
2012–2015: Azərbaycan Dövlət Aqrar Universitetində “Elektrotexnika və informasiya sistemləri” ixtisası üzrə magistratura təhsilini bitirmişdir.
2017–2023: Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorantura təhsilini başa vuraraq texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Karyera
2013–2015: Azərbaycan Dövlət Neft Akademiyasında aparıcı mühəndis işləmişdir.
2014–2015: Bakcell MMC Məlumat Mərkəzində agent vəzifəsində çalışmışdır.
2016–2025: Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnternet şəbəkəsinin administratoru (0,5 ştat) olmuşdur.
2016–2021: ADNSU İnformasiya Texnologiyaları Departamentində direktor müavini vəzifəsində işləmişdir.
2021–2023: ADNSU İnformasiya Texnologiyaları Departamentinin direktoru olmuşdur.
2023–2024: ADNSU İKT şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2023–2025: ADNSU Bərpa olunan enerji laboratoriyasında İT ekspert vəzifəsində çalışmışdır.
2024–2025: ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri olmuşdur.
2016–2021: Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Gənclər Birliyinin sədri seçilmişdir.
2021-ci ildən bu günədək: Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.